Bu gün - noyabrın 11-də saat 16 radələrində bir qrup şəxs Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.
Senzor.az DİN-in Mətbuat Xidmətinə istinadən bildirir ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.
Lakin iştirakçılardan sərxoş vəziyyətdə olan bir nəfər - əvvəllər məhkum olunmuş R.Məmmədov polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq ərazi polis bölməsinə aparılıb.
Hazırda müvafiq araşdırmalar aparılır.