Noyabrın 11-i saat 22 radələrində paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Sevinc Museyibovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu Rayon Prokurorluğundan senzor.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1978-ci il təvəllüdlü Vidadi Müseyibov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Vidadi Müseyibov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
**23:41
Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
APA bildirir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Savalan yaşayış massivində 1984-cü il təvəllüdlü Müseyibli Sevinc Vahid qızı həyat yoldaşı tərəfindən əvvəlcə döyülüb. Daha sonra əri ona bir neçə bıçaq zərbəsi vurub. S.Müseyibli aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb.