Paytaxtın Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın olub.
Senzor.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, ümumi sahəsi 130 m² olan kafenin içərisində 1 ədəd divan və divara quraşdırılan 3 ədəd elektrik sobası yanıb.
Yüksək temperaturdan 1 ədəd kondisionerin üzlüyü əriyib. Kafe yanğından mühafizə olunub.
Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.