Yasmal rayonu Alatava 1 yaşayış massivindəki bəzi həyət evləri söküləcək. Sökülən evlərin yerində isə hündürmərtəbəli binalar inşa olunacaq.
Söhbət Əbdülvahab Salamazadə və Şəfaət Mehdiyev küçələri arasındakı ərazidən gedir. Dar küçələri olan və bir-birinə yaxın tikilmiş evlərin gələn il söküləcəyi planlaşdırılır.
Yasamal rayonu İcra Hakimiyyətindən Real TV-yə bildirilib ki, Alatava və İnşaatçılar metrosu ətrafındakı həyət evlərinin sökülərək yeni binaların tikilməsi ilə bağlı məsələ gündəmdədir.