Bakıda bu mənzillərə tələbat azalıb - RƏSMİ

Oktyabr ayında Bakıda mənzil bazarında qiymət artımları xeyli səngiyib. Xüsusən, daha bahalı mənzillərə əvvəlki aylardan fərqli olaraq tələbin azalması müşahidə olunub.

 

Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

 

Mərkəzin keçirdiyi monitorinqə əsasən, qiyməti 150 min manatadək olan mənzillərin qiymətində 2 faiz artım qeydə alınıb. 150-250 min manat qiymət aralığında təklif olunan mənzillər 1 faiz dəyər qazanıb.

 

Əvvəlki aylardan fərqli olaraq oktyabr ayında daha bahalı mənzillərin qiyməti dəyişməyib. Mənzil bazarında təklif yüksək olsa da, tələb aşağı olaraq qalmaqdadır.

 

Monitorinqlər göstərir ki, oktyabr ayında əvvəlki aylardan fərqli olaraq MDB dövlətlərindən gələnlərin mənzillərə tələbi azalıb. Bu da əvvəlki aylarda müşahidə edilən yüksək qiymət artımlarının yavaşımasına səbəb olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.