“Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayonu M.Əzizbəyov adına Buzovna kitabxanası ilə bağlı qüsur aktı tərtib edib və tender elan olunub”.
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, sözügedən problemlə bağlı nazirlik əvvəlcədən məlumatlıdır: “Tender prosesi yekunlaşdıqdan sonra müəssisədə təmir bərpa işlərinə başlanacaq”.
Xatırladaq ki, bir neçə gündür, sosial şəbəkələrdə Xəzər rayonu M.Əzizbəyov adına Buzovna kitabxanasının təmirsiz vəziyyəti müzakirə olunur.