Daxili İşlər Nazirliyi (DİN) Gəncədə polis əməkdaşının qəzada ölməsi faktı ilə bağlı məlumat yayıb.
Məlumata görə, bu gün – noyabrın 24-də saat 07:30 radələrində Gəncə şəhər Regional Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat Albella” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb.
Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Gəncə BPİ-də araşdırma aparılır.
**09:02
Gəncədə ölümlə nəticələn ağır yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb.
"Fiat" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini şəhər ərazisindəki mağazalardan birinə çırpıb. Qəza zamanı bir nəfər xəsarət alıb, bir nəfər xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Yaralanan şəxs Emin Əliyev, həlak olan isə Renat Əliyevdir.
Qeyd edək ki avtomobil Mühafizə polisinə məxsusdur, hadisə xidmət vaxtı baş verib.
Faktla bağlı araşdırmalara başlanılıb.