Zelenski ABŞ-ın dövlət katibi ilə hava hücumundan müdafiə məsələlərini müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ dövlət katibi Marko Rubio ilə hava hücumundan müdafiə və gələcək əməkdaşlıq məsələlərini müzakirə edib.

 

Senzor.az Ukrayna mediasına istinadən bildirir ki, Zelenski bu barədə Rubio ilə telefon danışığının yekunlarına dair sosial şəbəkələrdəki paylaşımında yazıb.

 

"Birincisi, həyatların qorunması üçün zəruri olan ballistik raketlərə qarşı mübarizə üçün ələkeçiricilərdir. İkincisi, Rusiyanın ballistik hücumları barədə həyati əhəmiyyət daşıyan vaxtında xəbərdarlıqdır. Üçüncüsü, həll edilməli olan Starlink/Starshield ətrafındakı vəziyyətdir", - o qeyd edib.

 

V.Zelenski vurğulayıb ki, bu məsələlərin müzakirəsi Ukraynanın Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasına və insan tələfatının dayandırılmasına yönəlmiş diplomatik səyləri fonunda aparılır.

 

O əlavə edib ki, tərəflər yaxın vaxtda aktual məlumat mübadiləsi üçün yenidən əlaqə saxlamağa razılaşıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.