Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.
Senzor.az bildirir ki, prosesə hakim Zeynal Ağayev sədrlik edir.
Prosesdə məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı çıxış edərək Zakir Sultanova Cinayət Məcəlləsinin 179.4 və 313-cü maddələri ilə təqsirli bilinərək həbs cəzası verilməsini istəyib. Prokuror bildirib ki, 313-cü maddə ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə təqsirlındirilən şəxsə yalnız 179.4-cü maddə ilə 12 il azadlıqdan məhrum etmə cəzası verilsin. Bundan başqa, dövlət ittihamçısı bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən təqsirləndirilən şəxsə qarşı əlavə olaraq qaldırılan 5 milyon 327 min 900 manat dəyərində mülki iddia da təmin olunsun.
Proses dekabrın 6-da davam etdiriləcək.
Xatırladaq ki, rəsmi məlumata görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə suçlanır.
Zakir Sultanovun xidməti və yaşadığı ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
Qeyd edək ki, Zakir Sultanov ittihamda göstərilən 6 milyon manata yaxın zərəri ödəyib.