“Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində çox sayda zabitlərimizi itirdik. Onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Bu hadisə hər birimizin faciəsidir”. Senzor.az bildirir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir qəza nəticəsində 2 hərbçinin də yaralandığını xatırladıb: “Onlara da tezliklə sağlamlıqlarının bərpa olunmasını arzu edirəm. Qəza nəticəsində həlak olanlar bizim şəhidlərimizdir. Şəhid statusunda nəzərdə tutulan bütün ödənişlər (müavinət, təqaüd, kompensasiya, pensiya) onların ailələrinə də ödəniləcək. Mənzil, avtomobil təminatı olacaq. Bu ailələrin ehtiyaclarının qarşılanması üçün dövlət tərəfindən irəli sürülən bütün alətlərdən istifadə olunacaq”.
Sahil Babayev onu da bildirib ki, artıq Dövlət Sosial Müdafiə Fondu şəhid olan hərbi qulluqçularımızın ailələrinin sənədlərinin toplanmasına başlayıb: “Onlara müvafiq sosial ödənişlərin (müavinət, təqaüd, kompensasiya, pensiya) hər biri bu ay ərzində təyin olunacaq”.