Xaçmazda “Ford” markalı mikroavtobus körpüdən aşıb.
AZƏRTAC bildirir ki, hadisə Gəndob-Yalama yolunun Gödəkli kəndi ərazisindən keçən hissəsində baş verib.
Kənd sakini Mehdi İsayevin idarə etdiyi mikroavtobus Qusarçay çayının üzərindəki körpüdən aşıb.
Qəza zamanı xəsarət alan sürücü Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.