İstintaq təcridxanasındakı keçmiş deputatın səhhəti pisləşib

İstintaq təcridxanasında saxlanılan keçmiş deputatsahibkar Nazim Bəydəmirlinin səhhəti pisləşib

 

Turan bildirir ki, bu barədə Facebook-da onun xanımı Fəridə Bəydəmirli yazıb.

 

Onun sözlərinə görə, martın 1-də təcili elektrokardioqram və exokardioqram müayinəsi aparıblar. "Həkim ona impulsiv ürək blokunun ikinci mərhələyə qədəm qoyduğunu bildirib. O, təcili qanvermənin və nəticədən asılı olaraq müalicə təyin olunmasının vacibliyini qeyd edib", - Fəridə Bəydəmirli bildirib.

 

Lakin Bəydəmirli nəticələrə etibar edə bilməsi üçün analizlərin ailəsinin seçdiyi laboratoriyada aparılmasına israr edir.

 

Bundan öncə, fevralın 19-da Penitensiar Xidmətin həkimləri Bəydəmirlini müayinə ediblər və ona qan analizi verməyi təklif ediblər. Ancaq o xahiş edib ki, onu etibar etdiyi həkimlər müayinə etsinlər.

 

Bununla əlaqədar  Bəydəmirlinin vəkili Penitensiar Xidmətin  rəhbərliyinə və Ombudsmana müraciət edib. Müdafiə tərəfi həbs yerlərinin daxili intizam qaydalarının 27.6-cı maddəsinə istinad edir ki, bu da məhkumun öz seçdiyi mütəxəssis tərəfindən və öz hesabına müayinə edilməsinin mümkünlüyünü nəzərdə tutur.

 

Xatırladaq ki, Nazim Bəydəmirli 2023-cü il iyulun 4-də Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsilə (xeyli miqdarda əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə tələb etmək) ittiham irəli sürülüb. Ertəsi gün məhkəmə onu 4 ay müddətinə həbs edib.

 

Sentyabrın 1-də Bəydəmirliyə  qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsilə (hədə-qorxu ilə təkrar tələb etmə) daha bir ittiham irəli sürülüb.

 

Vəkilin sözlərinə görə, bu ittiham guya  1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində Bəydəmirlinin təhdid yoluyla kimdənsə pul tələb etməsinə əsaslanır. Vəkil həm mahiyyət etibarilə, həm də iddia müddətinin keçməsilə əlaqədar ittihamın əsassız olduğunu deyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.