Sumqayıtda ferma uçub, 16 baş iribuynuzlu heyvan dağıntı altında qalıb.
“Report” xəbər verir ki, hadisə Ceyranbatan bağları adlanan yaşayış massivində qeydə alınıb.
Ferma sahibi Yadigar Abbasov bildirib ki, tələf olan heyvanların 12-si iribuynuzlu, 4-ü isə buzovdur.
Hadisə beton plitənin uçması nəticəsində baş verib.