“10 dəqiqəlik yolu 1 saatdır fırlanırıq...”
VİDEO

Son günlər Bakı şəhərinin əksər küçə və prospektlərində, xüsusilə paytaxtın şimal girişi və Bakı-Sumqayıt magistralına çıxan yollarda güclü tıxaclar müşahidə edilir.

 

“Qafqazinfo” xəbər verir ki, həftəsonu keçiriləcək Formula 1 yarışları ilə əlaqədar paytaxtın mərkəzi yollarının bağlanması və ya darlaşdırılması, şəhərin cənub girişi olan Lökbatan dairəsindən mərkəzə doğru hərəkətin qadağan edilməsi və paralel olaraq bir sıra küçə və prospektlərin təmir edilməsi şəhərdə nəqliyyat gərginliyinin kəskin artmasına gətirib çıxarıb.

 

Sürücülər və sərnişinlər bəzi hallarda Masazır dairəsindən “20 Yanvar” metrostansiyasına 10 dəqiqəyə gəldikləri yolu son 3 gündür, 1-2 saata gəldiklərini bildirirlər. Eyni vəziyyət digər istiqamətlərdə - Ziya Bünyadov prospekti, Babək prospekti, Bakı-Sumqayıt yolu, Bakı-Şamaxı yolu, Binəqədi şosesi və digər ərazilərdə də davam edir.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Formula 1 yarışları ilə bağlı məhdudiyyət tətbiq edilən yolların bəziləri sentyabrın 11-13-ü aralığında müəyyən edilmiş pik saatlarda, bəzi məhdudiyyətlərlə açıq olacaq. Bu da müəyyən qədər nəqliyyat sıxlığının azalmasına gətirib çıxara bilər. 

 

Mövzu ilə bağlı ARB kanalının çəkdiyi sujeti təqdim edirik:











Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.