Kibertalama cinayətləri ilə bağlı DİN-dən növbəti xəbərdarlıq: TANIŞINIZ, DOSTUNUZ ADINDAN MESAJ GƏLƏ BİLƏR...
VİDEO

Daxili İşlər Nazirliyi (DİN) kibertalama cinayətləri ilə bağlı vətəndaşlara növbəti dəfə müraciət edib.

 

Bu barədə Senzor.az-a Nazirlikdən məlumat verilib.

 

Bildirilib ki, kiberdələduzlar öz cinayətkar niyyətlərini həyata keçirmək üçün hər ötən gün istifadə etdikləri üsulları yeniləyirlər: "Ssenarilər fərqli olsa da məqsəd eynidir. İnsanları aldatmaq, vəsaiti ələ keçirmək. Müxtəlif vasitələrlə sosial şəbəkələrdə insanların adına profillər yaradır, kiber üsullarla “Whatsapp” və “Telegram”da nömrə eyniləşməsi həyata keçirərək dələduzluq edirlər".

 

Məlumatda qeyd olunub ki, son aylarda oxşar hesablar və nömrə eyniləşdirmə yolu ilə maddi vəsaitlərinin talanması hallarının artdığı müşahidə olunur: "Sosial şəbəkə hesablarınıza və ya mobil nömrənizə dostunuz, yaxınınız və ya tanışınız hesab etdiyiniz şəxslərdən borca pul istəməsi ilə bağlı mesajlar gələ bilər. Profil şəkli, ad-soyad da eynidir. Siz də dostunuz olduğu üçün onun xahişinə “yox” demirsiniz, pulu göndərdiyi kart hesabına köçürürsünüz. Bir neçə dəqiqədən sonra isə zəng edib və ya yazıb “pul kartına köçdümü?” deyə soruşmaq istədikdə ya həmin səhifənin bloklandığını, ya da sizə yazan zahirən dostunuzun nömrəsinə bənzəyən nömrəyə zəng çatmadığını görürsünüz. Kontaktınızda dostunuzla həmişə əlaqə saxladığınız nömrəni tapıb danışanda isə məlum olur ki, o, sizdən borca pul istəməyib və onun heç bu məsələdən xəbəri yoxdur.

 

Gəlin, hər zaman olduğundan daha diqqətli davranaq, zəng edibsə yazaraq, yazıbsa zəng edərək dəqiqləşdirmə aparaq, şəxsi, həmçinin kart məlumatlarımızı heç kimlə bölüşməyək".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: wwwsenzoraz@gmail.com
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün wwwsenzoraz@gmail.com ünvanına müraciət edə bilərsiniz.