Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan Ordusunun əsgəri İmanov Əli Tariyel oğlu Sabirabadda dəfn edilib.
APA xəbər verir ki, vida mərasimindən sonra mərhum Sabirabadın Muğan Gəncəli kəndində torpağa tapşırılıb.
Vida və dəfn mərasimlərində mərhumun yaxınları, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular iştirak ediblər.
Qeyd edək ki, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları - əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Rüstəm Ruslan oğlunun nəşləri aşkar edilib.