Bakıda tikinti şirkətinin yaşayış olan evləri sökməsini əks etdirən görüntülər yayılıb.
Senzor.az bildirir ki, görüntüləri Əzizə Kərimli sosial şəbəkə səhifəsində yayıb.
O qeyd edib ki, bu gün “Melissa Group” tikinti şirkəti Yasamal rayonu, Birinci Alatava massivi, Abdulvahab Salamzadə küçəsi 118B ünvanında söküntü işləri aparır.
Söküntü zamanı daxilində yaşayış olan evlər də ekskavator vasitəsilə dağıdılıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən KİV-in sorğusuna cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən, dağıntı altında qalanın olmadığı müəyyən edilib.
**
DİN-in Mətbuat Xidmətindən isə sorğuya cavab olaraq bildirilib ki, söküntü ilə bağlı ərazi polis orqanına daxil olan müraciət əsasında araşdırma aparılır: "Söküntü dayandırılmaqla tikinti şirkətinin nümayəndəsi polis bölməsinə dəvət olunub. Hazırda araşdırma davam etdirilir".
Həmin görüntüləri təqdim edirik: