Ağsuda ağır qəza: 7 NƏFƏR XƏSARƏT ALIB
FOTO

Ağsuda baş verən yol qəzasının bəzi təfərrüatları məlum olub.

 

Azərtac xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Şamaxı-Yevlax yolunun 159-cu kilometrliyində, bir neçə avtomobilin toqquşması nəticəsində baş verib.

 

İlkin məlumata görə, üç minik və bir yük avtomobilinin toqquşması nəticəsində sürücü və sərnişinlər arasında 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslərin müalicəsi Ağsu Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki Regional Qrupundan bildirilib ki, faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

**20:50

 

Ağsu rayonunda ağır qəza baş verib, nəticədə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

 

Senzor.az bildirir ki, yaralılar təcili tibbi yardım vasitəsilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. İlkin ehtimallara görə, qəza yol hərəkəti qaydalarının pozulması və ya sürücünün idarəetməni itirməsi nəticəsində baş verə bilər.

 

Hadisə yerində müvafiq ekspertizalar aparılır və qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.