Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadılıb.
Senzor.az bildirir ki, bunu KİV-in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.
Onun sözlərinə görə, hazırda Həcc ziyarəti üçün sənəd qəbulu davam edir: "Həcc ziyarətinə getmək istəyən vətəndaşların qeydiyyatı davam edir. Sənəd qəbulunun müddəti daha yarım ay uzadılıb".
Qeyd edək ki, Azərbaycandakı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.