Aprelin 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Senzor.az-a verilən məlumata əsasən, havanın temperaturu gecə 6-9°, gündüz 14-19° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət gecə 55-60 %, gündüz 40-45 % təşkil edəcək.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9°, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.