Birinci Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olundu
FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Rəşadət Piriyev dəfn olunub.

 

Senzor.az bildirir ki, şəhidlə keçirilən vida mərasimindən sonra o, Bərdə rayonunun Yeni Daşkənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

Dəfn mərasimi N saylı hərbi hissənin hərbi orkestrinin müşayiəti ilə təşkil edilib. Şəhidin xatirəsinə ehtiram əlaməti olaraq yaylım atəşi açılıb.

 

Mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Şəhidin tabutunun üzərindəki Azərbaycan bayrağı qardaşına təqdim olunub.

 

Qeyd edək ki, Rəşadət Piriyev 1992-ci ildən 701 saylı hərbi hissənin 5-ci Bərdə taborunda xidmət edib. O, Laçın, Ağdam və Kəlbəcər istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

 

Rəşadət Piriyev 1994-cü ilin fevral ayında Kəlbəcərin Qızılqaya istiqamətində gedən döyüşlər zamanı itkin düşüb. 2025-ci ildə döyüş yoldaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində onun nəşi şəhid olduğu ərazidə aşkarlanıb.













Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.