Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq

İyunun 6-7-də Bakıda klassik və sürət avtomobillərinin festivalı təşkil ediləcək.

 

Senzor.az bildirir ki, “Classics & Supercars” festivalı Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində keçiriləcək.

 

İki gün ərzində Bakı bulvarını müxtəlif illərə və ölkələrə aid klassik və sürət avtomobilləri bəzəyəcək. Avtomobillər “Klassik avtomobillər zonası”, “Supercar zonası” və “İdman avtomobilləri” zonasında nümayiş olunacaq.

 

Festivalda Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri sərgilənəcək.

 

Sərgidə avtomobilləri ilə iştirak etmək istəyən şəxslər [email protected] elektron ünvanına və ya (+99450) 295 01 00 mobil nömrəsinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.

 

Ziyarətçilərin tədbirə girişi sərbəstdir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.