Bakının bəzi ərazilərində işıq olmayacaq

Sabah Yasamal, Nizami və Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində təmir və yenidənqurma işləri aparılacaq.

 

Senzor.az bildirir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

 

Qeyd olunub ki, transformator Məntəqəsində (TM) həyata keçirilən təmir işi ilə əlaqədar saat 10:00-dan 13:00-dək Yasamal rayonu Məhəmməd Naxçıvani, Fuad İbrahimbəyov, İbrahim Əbilov, Abdulla Şaiq küçələrinin bir hissəsində elektrik enerjsinin verilişində məhdudiyyət yaranacaq.

 

Həmçinin eyni saatlarda Nizami rayonunda 2 TM-də görüləcək təmir-təftiş işləri zamanı enerji fasiləsi Keşlə qəsəbəsi, Qara Qarayev prospekti və Əli Vəliyev küçəsinin bəzi ərazilərini əhatə edəcək.

 

Xəzər RETSİ ərazisində 35/6 kV-luq 459 saylı yarımstansiyadan qidalanan 6 kV-luq elektrik xətlərində naqillərin yenilənməsi ilə əlaqədar saat 10:00-dan 15:00-dək Mərdəkan qəsəbəsi Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Ramin Qasımov küçələrində elektrik enerjisinin verilişi dayandırılacaq.

 

Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.