Milli Qəhrəman Ehtiram Əliyev dəfn edildi
VİDEO/FOTO

Dünən müalicə aldığı xəstəxanada vəfat edən Milli Qəhrəman Ehtiram Əliyev Hərbi Memorial Məzarlıqda dəfn edilib.

 

Senzor.az bildirir ki, dəfn mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Müdafiə Nazirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.(Bax: https://www.youtube.com/shorts/ftdfQqM7_Ok)

 

Qeyd edək ki, Ehtiram Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində anadan olub.

 

O, Sədərək və Batabat istiqamətlərində gedən döyüşlərdə, həmçinin Ağdam, Füzuli, Tərtər və Cəbrayıl istiqamətlərində aparılan hərbi əməliyyatlarda iştirak edib.

 

1994-cü ilin yanvarında baş verən döyüşlərin birində yaralanan Ehtiram Əliyev müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdıb. 1995-ci ildə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 

Allah rəhmət eləsin!



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.