
Şirvan stansiyasından 32 km şimal-qərbdə - Hacıqabul rayonunda 3.2 maqnitudalı zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ yerli vaxtla 10:09-da qeydə alınıb, ocağı isə 45 km dərinlikdə olub.
Yeraltı təkan hiss olunmayıb.