
Şençjen şəhərində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüş keçirilib.
Senzor.az bildirir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Görüş APEC sammiti çərçivəsində baş tutub və təxminən 2 saat davam edib.
Tramp hesab edir ki, Si Cinpinlə görüş məhsuldar olub.
BBC-nin məlumatına görə, ABŞ Prezidenti qeyd edib ki, potensial əməkdaşlıq üçün çoxsaylı sahələr mövcuddur.
Bu, Çin Sədri ilə ABŞ Prezidentinin 2026-cı ildə üçüncü şəxsi görüşüdür. May ayında Tramp Pekinə dövlət səfəri edib, sentyabrda isə Si Cinpin cavab səfəri çərçivəsində Vaşinqtonda olub.
Xatırladaq ki, bu gün Şençjendə Rusiya, ABŞ və Çin liderləri arasında üçtərəfli görüş keçiriləcək.