Lənkəran-Astara zonasında güclü yağış yağıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava ilə bağlı məlumat açıqlanıb.
 
Senzor.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, sentyabrın 4-ü saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, Lənkəran-Astara zonasında leysan xarakterli intensiv və güclü olub, bəzi rayonlarda güclü şimal-qərb küləyi əsib.
 
Düşən yağışın miqdarı Astarada 89 (aylıq normanın 45 %-i), Lənkəranda 43 (aylıq normanın 25 %-i), Qubada 11, Altıağacda 7, Sarıbaş (Qax), Şabran, Xınalıq, Xaltanda 4, Qrız, Qusarda 3, Lerik, Yardımlıda 2, Göytəpə, Biləsuvar, Daşkəsən, Yevlax, Nabran, Kişçay (Şəki), Kürdəmir, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağa, Sumqayıtda 1 mm-dək olub.
 
Sentyabrın 3-ü axşamdan 4-nə keçən gecə bəzi rayonlarda şimal-qərb küləyinin maksimal sürəti 30, Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.
 
Sentyabrın 4-ü səhər saatlarından güclü şimal-qərb küləyi 9-13 m/s-dək zəifləyib.
 
Havanın maksimal temperaturu: Bakıda 30°-dək isti olub.
 
Qeyd edək ki, bu gün gündüz saatlarından ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.