Füzuli hava limanında DSX-nın bölməsi fəaliyyət göstərəcək

“Füzuli Beynəlxalq Hava limanında Dövlət Sərhəd Xidmətinin müvafiq bölməsi fəaliyyət göstərəcək”.
 
Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı, polkovnik-leytnant Rəşad Məşədiyev deyib.
 
"Müzəffər Ali Baş Komandanın Qarabağın hava qapısı adlandırdığı hava limanında olmaq çox qürurvericidir. Burada digər xidmətlərlə yanaşı DSX-nın müvafiq bölməsi fəaliyyət göstərəcək. Hava limanında yaradılan sərhəd nəzarəti bölməsinin müvafiq texniki vasitələrlə və şəxsi heyətlə komplektləşdirilməsi istiqamətində işlər görülür", - o deyib.
 
Qeyd edək ki, bu gün Füzuli Beynəlxalq Hava Limanında tarixi hadisə baş verib. Hava limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.