Mixail Saakaşvili siyasətdən gedir - SƏBƏB?

Gürcüstanın üçüncü prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili yaratdığı "Vahid Milli Hərəkat" (VMH) partiyasını tərk edir və bununla da siyasətdən gedir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə onun vəkili Valeri Qelbaxiani məlumat verib.

 

Vəkil qeyd edib ki, Gürcüstanın keçmiş prezidentinin siyasəti tərk etməsi onun səhhəti və həyat təhlükəsizliyi ilə bağlıdır.

 

Onun sözlərinə görə, M. Saakaşvilinin siyasi resursları tükənib. O, indi ancaq sağlamlığının qayğısına qalmalıdır. Eks-prezident hazırda siyasətlə maraqlanmır və bu mövzuda danışmır.

 

"İndi ancaq söhbət onun sağlamlığından və həyatından gedir", - deyə vəkil vurğulayıb.

 

Vəkilin bu bəyanatı VMH partiyası üzvlərinin təəccübünə səbəb olub. Partiya liderləri bu məsələdən xəbərsiz olduqlarını və bəyanatın onlar üçün gözlənilməz olduğunu bildirirlər.

 

Qeyd edək ki, artıq xeyli vaxtdır həbsdə olan M.Saakaşvili səhhətində ciddi problemlər yarandığı üçün "Viamed" xəstəxanasında müalicə alır. O həmin xəstəxanaya mayın 12-də köçürülüb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.