Azərbaycanın Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn edilib
FOTO

Azərbaycanın Xalq artisti, teatr və kino aktyoru, rejissor Tofiq Mirzəyev İsrailin Arad şəhərində dəfn edilib.

 

Senzor.az bildirir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Dəfn mərasimində İsraildə yaşayan Azərbaycan icmasının nümayəndələri və Tofiq Mirzəyevin oğlu iştirak edib.

 

"Azİz" İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman Tofiq Mirzəyevin Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən, Vətəndən uzaqda yaşamasına baxmayaraq Azərbaycanla bağlılığını hər zaman qoruyub saxlamasından və diaspor fəaliyyətinə verdiyi töhfələrdən bəhs edib.

 

Çıxışlarda vurğulanıb ki, Tofiq Mirzəyevin Azərbaycan mədəniyyətinin inkişafına və diaspor fəaliyyətinə verdiyi töhfələr hər zaman minnətdarlıq hissi ilə xatırlanacaq, onun əziz xatirəsi Azərbaycan icmasının yaddaşında dərin hörmət və ehtiramla yaşayacaq.

 

Qeyd edək ki, T.Mirzəyev iyulun 22-si 94 yaşında İsraildə vəfat edib.

 

Xatırladaq ki, 16 iyun 1932-ci ildə Gədəbəy rayonunda anadan olan Tofiq Mirzəyev uzun illər ərzində Azərbaycan teatrı, kino və televiziya sənətinin inkişafına dəyərli töhfələr verib, zəngin yaradıcılığı ilə milli mədəniyyət tarixində özünəməxsus yer tutub.

 

Tofiq Mirzəyev geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan görkəmli sənətkar kimi "Uşaqlığın son gecəsi", "Nəsimi", "İstintaq", "Təhminə", "O qızı tapın" və digər ekran əsərlərində yaratdığı yaddaqalan obrazlarla Azərbaycan kino salnaməsində silinməz iz qoyub. O, aktyorluq fəaliyyəti ilə yanaşı, televiziya rejissoru kimi də uğurla çalışaraq milli televiziya və ekran mədəniyyətinin inkişafında mühüm xidmətlər göstərib.

 

Sənətkarın çoxillik səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1976-cı ildə Azərbaycan SSR-nin Əməkdar artisti, 2022-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb, həmin ildə "Şöhrət" ordeni ilə təltif edilib. Tofiq Mirzəyev, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.

 

Ömrünün son illərini İsraildə keçirməsinə baxmayaraq, Tofiq Mirzəyev doğma Vətəninə, Azərbaycan xalqına və milli mədəniyyətinə bağlılığını daim qoruyub saxlayaraq, incəsənətimizin təbliği istiqamətində fəaliyyətini davam etdirib.

 

Allah rəhmət eləsin!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.