Ərdoğan ən azı Nobel Sülh Mükafatına namizəd olmağa layiqdir - ABŞ MÜDAFİƏ NAZİRLİYİNİN SABİQ MÜŞAVİRİ XÜSUSİ MƏQALƏ YAZDI

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sabiq müşaviri Dov S. Zakhaym Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna taxılının ixracı və immiqrasiya sahəsindəki siyasi uğurlarına diqqət çəkərək, R.T.Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyə layiq olduğunu bildirib.

 

Trend-in məlumatına görə, müxtəlif analatik mərkəzlərində işləməyə davam edən Zakhaym “The Hill” qəzetinə “Türkiyə Prezidenti Ərdoğanın qələbəsi” başlıqlı məqalə yazıb.

 

Müəllif bu məqalədə vurğulayıb ki, R.T.Ərdoğan Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq edərək, Qara dənizdən taxıl ixracı məsələsində Rusiya və Ukrayna arasında kompromis əldə edib. O, Ukrayna limanlarından taxılın çatdırılmasına icazə verən razılaşmada vasitəçilik edə bilib. 

Zakhaym qeyd edib ki, Ukraynadakı vəziyyət nəticəsində dünyada milyonlarla insan aclıq təhlükəsi ilə üzləşdi. Bu, kütləvi aclıq təhlükəsi yaratdı.

 

"İstanbulda imzalanan taxıl daşınması müqaviləsi sayəsində Rusiya həm də ərzaq və gübrə ixrac edə bilər. Bu müqavilə bir çox insanın həyatını xilas etdi", - deyə Zakhaym yazıb.

 

Türkiyə Prezidentinin İstanbulda taxıl müqaviləsinin imzalanmasındakı roluna görə yüksək qiymətləndirildiyini qeyd edən Zakhaym əlavə edib: “Şübhəsiz ki, taxıl müqaviləsi Türkiyə Prezidentinin böyük bir qələbəsidir”.

 

R.T.Ərdoğanın həm Ukrayna, həm də Rusiya ilə yaxşı münasibətlər saxlamaqla mümkün olmayanı etdiyini vurğulayan Zakhaym yazır: “Ərdoğan ən azı Nobel Sülh Mükafatına namizəd göstərilməyə layiqdir”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.