“Ural Hava Yolları” şirkəti oktyabrın 29-na qədər Rusiyanın cənubuna, həmçinin Azərbaycana, Ermənistana və Özbəkistana uçuşları dayandırıb.
Bu barədə “Ural Hava Yolları”nın saytında (Uralairlines.ru) məlumat yerləşdirilib.
Uçuşların dayandırıldığı Rusiya şəhərləri Krasnodar, Simferopol, Anapa, Gelencik, Rostov-Don və Voronejdir.
Uçuşlara fasilə verilməsinin səbəbi açıqlanmır.
Aviaşirkət müştərilərinə biletlərin pulunu geri qaytarmağı və yaxud yeni tarixə biletlərlə əvəz etməyi təklif edib.