Moskva ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərini ABŞ-ın Çini hərtərəfli nəzarət altına almaq üçün aqressiv siyasi xətti fonunda təxribatı kimi qiymətləndirir.
TASS xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytında dərc olunmuş məlumatda belə deyilir.
Rusiya XİN qeyd edib ki, Tayvan boğazı tərəfləri arasında münasibətlər sırf Çinin daxili işidir: “Çinin Tayvan məsələsində öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün lazımi tədbirlər görmək hüququ var”.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvanda səfərdədir. Onun səfəri ABŞ-la Çin arasında gərginliyin artmasına səbəb olub. Çin Hərbi Hava Qüvvələri Su-35 qırıcılarını Tayvan boğazı istiqamətinə göndərib.