ABŞ Prezidenti Co Baydenin koronavirus testi yenidən pozitiv çıxıb.
Lenta.ru-nun yazdığına görə, bu barədə onun müalicə həkimi məlumat verib.
Həkimin sözlərinə görə, dövlət başçısı yenidən öskürməyə başlayıb.
Bununla belə, dövlət başçısı özünü yaxşı hiss edir.
“Onun qızdırması yoxdur və əhval-ruhiyyəsi də yaxşıdır”, - həkim əlavə edib.