Nensi Pelosi Tayvana gəldi və getdi - PEKİNİN CAVABI NECƏ OLACAQ?

Çinin sərt etirazlarına baxmayaraq, ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosi dünən Tayvana səfər etdi. Bir az əvvəl isə Pelosi adadan ayrıldı. O, hava limanında açıqlama verərək, bir daha Tayvanın yanında olduqlarını dedi.

 

Pelosinin demokratiya mesajı

 

Pelosi Tayvana səfəri zamanı “Çin Kommunist Partiyası Tayvanı və demokratiyanın özünü təhdid edərkən Vaşinqton kənarda dayana bilməz” deyib.  “Çin Kommunist Partiyasının artan təcavüzü qarşısında bizim Konqresin nümayəndə heyətinin səfərini Amerikanın özünü və azadlığını müdafiə edən demokratik tərəfdaşımız Tayvanın yanında olduğunu birmənalı bəyanat kimi şərh etmək lazımdır”, - deyə Pelosi bildirib. 

Əslində Pelosinin bu sözləri onun Tayvana səfəri ilə bağlı müəyyən fikirlər irəli sürməyə əsas verir. Xüsusilə Pelosinin “Çin Kommunist Partiyasının artan təcavüzü” və “Tayvanın yanındayıq” ifadələri diqqət çəkir. 

 

Ümumiyyətlə, ABŞ "Vahid Cin" prinsipini tanıyır. Ancaq söhbət hansı Çindən gedir? 

 

Rəsmi Vaşinqtonun Çinlə münasibətlərinin gərgin olmasının səbəbi bir çox hallarda Pekinin artan iqtisadi göstəriciləri olaraq qeyd edilsə də bu tam olaraq belə deyil. Rəsmi göstəricilərə baxdıqda hazırda Çin iqtisadiyyatının ABŞ iqtisadiyyatını ötüb keçdiyi açıqca görünür.  

Rəsmi Vaşinqtonu narahat edən əsas məsələ Çinin mövcud siyasi rejimi və bu rejimin Şimali Koreya, İran, Rusiya kimi antidemokratik hakimiyyətlərə dəstək verməsidir. Vaşinqton faktiki olaraq Çinin xarici siyasətdə bu xətti tutmasından narahatdır. 

 

Vaşinqton bunu önləmək üçün Pekinə əzələ nümayişi həyata keçirir. Bunu həm Tayvan ətrafında hərbi təlimlər keçirməklə, həm də Nensi Pelosini adaya göndərməklə açıqca göstərdi.

 

Çin Tayvana hərbi müdaxilə edə bilərmi?

 

Əvvəla onu qeyd edim ki, əslində ərazi bütövlüyünün toxunulmazlığı baxımından mövcud situasiyada Çin haqlıdır. Buna görə də Pelosinin Tayvana səfərinə Çin heç də səssiz qala bilməzdi. Təsadüfi deyil ki,  Pelosinin Taypeyə enişindən sonra Çin Tayvan ətrafında hərbi təlimlərə başladı. 

 

Ümumilikdə səfər öncəsi Çin hökuməti adaya döyüş təyyarələrini göndərməklə yanaşı, ABŞ-a sərt xəbərdarlıqlar da etmişdi. Hətta Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian demişdi ki, Çin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün kəskin tədbirlər görəcək və Çin ordusu Pelosinin səfərini "oturaraq" izləməyəcək: "Biz istənilən gözlənilməz vəziyyətə hazırıq. Əgər cəsarət edərlərsə, gözləsinlər, görsünlər nə edəcəyik”.

 

Çinin Tayvana raket zərbələri endirə biləcəyi ilə bağlı iddialar da səslənirdi. Xoşbəxtlikdən belə bir hal olmadı. Əslində Çinin Tayvana hərbi müdaxilə etməsi real deyil.  

Əvvəla ona görə ki, Çin iqtisadiyyatı yüksək artım dinamikası ilə seçilib, ABŞ iqtisadiyyatını keçsə də olduqca kövrəkdir. Kövrək olmasının əsas səbəbi isə xaricdən xammal aslılığının olmasıdır. 

 

Pekinin Tayvana ehtimal hərbi müdaxiləsi ABŞ-ın ilk növbədə bu ölkəyə iqtisadi sanksiyalar tədbiq etməsi deməkdir ki, bu həm də Qərbin sanksiyası mənasına gəlir. 

 

Lakin bu o demək deyil ki, Çin vəziyyətə səssiz qalacaq. Pekin Pelosinin Tayvana səfərini belə asan unutmayacaq. Artıq Tayvana sanksiyalar başlanılıb. Mümkündür ki, bu sanksiyalar paketi artırılsın. ABŞ-a gəldikdə isə rəsmi Pekin Vaşinqtonla gərginliyi hələ bir müddət lakin daha fərqli konteksdə davam etdirəcək. 

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.