“Vətəndaşlarımızın, o cümlədən səfirlik əməkdaşlarının təhlükəsizlik və mühafizəsi bizim əsas prioritetimizdir”.
Senzor.az bildirir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “Tvitter”də yazıb.
“Hazırda Londonda olan Azərbaycan diplomatları təzyiq və təhlükə altında olsa da, işlərini davam etdirirlər”, - səfir qeyd edib.
Diplomat bildirib ki, Londonda yerləşən radikalların səfirliyə hücumu qəbuledilməz və barbarlıqdır: "Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulmasıdır. Hazırda Bakıdayam və həmkarlarımızın təhlükəsizliyinə olan təhdidlərə baxmayaraq, təhlükəsiz olduqlarını görməkdən məmnunam".