İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş Azərbaycan ərazilərindən qaçan ermənilər İrəvanda növbəti dəfə etiraz aksiyası keçirirlər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, 30 il ərzində Azərbaycanın Qarabağ bölgəsində məskunlaşdırılmış ermənilər hazırda havada qaldıqlarından gileylənirlər. Bildirirlər ki, nə "qaçqın" statusu ala bilirlər, nə də hansısa ölkənin vətəndaşı olduqlarını sübut edən sənəd...
Onlar Fransa səfirliyinin qarşısında etiraz aksiyası keçirərək Avropanın da bu məsələyə diqqət çəkməsinə çalışırlar.
“Hadrut naminə” qeyri-hökumət təşkilatının sədri Levon Hayryan isə jurnalistlərə açıqlamasında deyib ki, səfir onları qəbul edənə qədər oturaq aksiya keçirəcəklər.
“Biz artıq bəyan etmişdik ki, Rusiya səfirliyinə şikayətimizi təqdim etdikdən sonra Fransa, oradan da ABŞ səfirliyinə gedəcəyik. Fransa səfiri bizi qəbul edənə qədər burada oturacağıq”, - Ayryan deyib.
O, bir neçə dəfə səfirə məktub göndərdiklərini, lakin hələ də dəvət cavabı almadıqlarını xatırladıb.