Türkiyə İsrailin Qəzzaya hava zərbələrini pislədi

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsrailin Qəzza zolağına aviazərbələr endirməsini qətiyyətlə pisləyib və insidentin münaqişənin yeni raunduna çevrilməmişdən əvvəl dərhal dayandırılmasının vacibliyini vurğulayıb.

 

Senzor.az bildirir ki, bu barədə “Anadolu” məlumat yayıb.

 

“Biz mülki şəxslərin, o cümlədən uşaqların hücumlar nəticəsində ölməsini qəbuledilməz hesab edirik. Hücumlardan sonra bölgədə artan gərginlikdən dərin narahatıq”, - Türkiyə XİN-in bəyanatında deyilir.

 

Qurum qarşıduran tərəfləri təmkinli olmağa və sağlam düşüncəyə çağırıb.

 

Qeyd edək ki, İsrail ordusu cümə günü blokadada olan Qəzza zolağında İslami Cihad mərkəzlərinə zərbələr endirib.

 

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzzaya atılan atəş nəticəsində biri 5 yaşlı uşaq olmaqla 10 fələstinli həlak olub, daha 55 nəfər yaralanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.