“Broker” MMC-nin rəhbəri həbs olundu
“GÖMRÜKÇÜLƏRİN İŞİ”

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib.

 

APA-nın məlumatına görə, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.

 

O, külli miqdarda - milyonlarla manat məbləğində vergi və gömrük ödənişlərini dövlət büdcəsinə ödəməkdən yayınmaqda, habelə vəzifə saxtakarlığında ittiham olunur.

 

Səbail Rayon Məhkəməsində onunla bağlı verilən təqdimata baxılıb və barəsində həbs qətimkan tədbiri seçilib.


Senzor.az xatırladır ki, yerli mətbuatda vaxtaşırı yayılan məlumatlara görə, Əbülfəz Məlikov Azərbaycana qeyri-şəffaf idxalla məşğul olan əsas fiqurlardan biri olub.

 

Ə.Məlikov əmək fəaliyyətinə Bakı dəmir yolu vağzalı yaxınlığında xırda ticarətlə başlayıb. Lakin tezliklə gömrüklə əlaqələr yaradıb və artıq 2006-cı ildə Trans Broker şirkətinə rəhbərlik etməyə başlayıb.

 

Bildirilir ki, Ə.Məlikov müxtəlif vaxtlarda Azərbaycana neft, siqaret və bir sıra digər məşhur malların idxalında inhisarçı olub. Məlikovun idarəsi ölkəyə gətirilən mal-qaranın da pulunu alıb.

 

Ən yaxşı illərində “Broker” şirkətində Azərbaycana gətirilən malların rəsmiləşdirilməsi ilə məşğul olan beş mindən çox broker işləyib.

 

Mətbuatda Əbülfəz Məlikovun iri restoran biznesi ilə bağlı da məlumatlar yayılıb. Onun Bakıda 10-a yaxın dəbdəbəli restoranı olub, oğlu isə məşhur PAPA JOHN’S pizzacılar şəbəkəsinə sahiblik edib.

 

Senzor.az

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.