Qarabağdan qaçan ermənilər ABŞ-ın İrəvandakı səfirliyi yaxınlığında etiraz aksiyası keçiriblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onlar Ermənistan hakimiyyətindən onlara qaçqın statusu verilməsini tələb edib, ABŞ səfirliyindən kömək istəyiblər.
Rəsmi məlumata görə, aksiya keçirən Qarabağ erməniləri Ermənistan pasportlarına malik olduqları üçün qaçqın statusu ala bilmirlər.
Qeyd edək ki, etirazçılar daha sonra BMT-nin İrəvan ofisinə, Rusiya və Fransa səfirliklərinə yürüş ediblər.