Laçının işğalı və yağmalanmasından sonra Yaxın Şərqdən olan ermənilər qanunsuz olaraq bu ərazilərdə məskunlaşdırılıblar.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitter hesabındakı paylaşımında qeyd edib.
Hikmət Hacıyev “The Times” nəşrinin işğalla bağlı reportajını da paylaşıb.
“Ermənistan tərəfindən 1992-ci ildə Laçının Zabux kəndinin qanunsuz işğalı, yandırılması və yağmalanması ilə bağlı Robert Siilinin "The Times" reportajı. İşğaldan sonra Yaxın Şərqdən olan ermənilərin qanunsuz məskunlaşdırılması aparıldı. Əlyazmalar yanmır”, - Prezidentin köməkçisi vurğulayıb.
The Times reportage by Robert Seely in May 1992 on illegal occupation, burning and plundering of Lachin/Zabukh village by Armenia. After occupation illegal settlement conducted by transferring armenians from ME.
Thanks to
Manuscripts don't burn!
— Hikmet Hajiyev (@HikmetHajiyev)