Türkiyə rəsmilərindən Ermənistana ard-arda çağırış - İRƏVAN MƏNTİQLİ DAVRANACAQMI?

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında çıxış edərkən Cənubi Qafqazdakı durumdan da danışıb. Nazir bildirib ki, regiondakı durum sülh və əmin-amanlığın bərqərar olması baxımından Ermənistan üçün yaxşı bir fürsətdir. 

 

Ermənistanda hazırda Qərblə Kremlin toqquşması gedir. İrəvan Moskvanın təsiri altından çıxmağa çalışır. Lakin manevrlər Ermənistan baş naziri Nikol Paşinyana heç də asan başa gəlmir. Bu, hər iki tərəfdən təzyiqlərlə nəticələnir. 

 

Belə olan halda Türkiyə ilə diplomatik münasibətlərin bərpası Ermənistanın təhlükəsizliyi üçün yaxşı imkandır. Amma Paşinyan Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın sözlərini unutmamalıdır: "Azərbaycan bizim qırmızı xəttimizdir". Yəni Paşinyan bilməlidir ki, Qarabağda və sərhəddə təxribatların davam etməsi regional, o cümlədən Türkiyə ilə münasibətlər müstəvisində etimad mühitinə zərbə vurur. Deməli, təxribatların arxasında kimin, hansı qüvvənin, məsələn müxalifətin, Rusiyanın... dayanmasından asılı olmayaraq hakimiyyət provokasiyalara son qoymağa çalışmalıdır.  

Türkiyə ilə münasibətlər Ermənistanın gələcəyi üçün "təhlükəsizlik yastığı" ola bilər. Hulusi Akar da İrəvana bunu xatırlatmaq istəyib. Paşinyan administrasiyası bu fürsəti əldən verməməli, əksinə, Türkiyə ilə diplomatik münasibətlərin ən qısa vaxtda bərpasına çalışmalıdır. Bu isə həm də Azərbaycanla münasibətlərin normallaşması prosesindən keçir. İrəvan ərazi iddialarını, sabotajları davam etdirsə, Ankara ilə münasibətlərin bərpası mümkün olmayacaq.

 

Bir gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu da Ermənistana mesajlar vermişdilər. Ümid edək ki, İrəvan bundan dərs çıxaracaq.

 

Kənan Novruzov,  

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.