Paşinyanın "sağ əli" fərari çıxdı – İSTİNTAQ KOMİTƏSİ SƏDRİNİN KEÇMİŞ KOMANDİRİ NƏLƏR DANIŞDI?
 Ermənistan mediası İstintaq Komitəsinin sədri Arqişti Kərəmyan haqqında maraqlı fakt aşkarlayıb. 
 
Belə ki, saytlar Kərəmyanın komandiri olmuş siyasətçilərdən birini taparaq danışdırıblar.
Məlum olub ki, hazırda mühüm vəzifədə çalışan Arqişti normal hərbi xidmət keçməyib
 
İstintaq Komitəsinin sədri Arqişti Kərəmyan dünən baş nazir Nikol Paşinyanı rəhbərlik etdiyi strukturun fəaliyyəti ilə tanış edib. Kərəmyan xüsusi olaraq vurğulayıb ki, hazırda aidiyyəti şəxslər və qruplardan ibarət müvafiq bölmə müharibə dövründə hərbi xidmətə bağlı cinayət işlərini araşdırır. Penitensiar xidmət isə 44 günlük döyüşlər zamanı baş verən proseslərin ictimaiyyətə tam şəkildə açıqlanması üçün hərtərəfli və obyektiv araşdırma apara bilər.
 
Ehtiyatda olan polkovnik-leytenant, "Vətən" partiyasının fəal üzvü Razmik Qorqiyan bununla bağlı fikirlərini bölüşərək deyib: “Oğru oğrudan oğurladı, Allah isə bunu görərək təəccübləndi... Düz on il əvvəl tabeliyimdə olan əsgərim, kiçik çavuş Arqişti necəsə məhkəmədən yayına bildi. O bunu İrəvandakı hərbi hissədən sərhəddə olan hərbi hissəslərdən birinə keçərək canını qurtarmaqla bacardı. Çünki hərbi hissədə itaətsizlik və nizamsızlıq edirdi. Belə bir əsgər bu gün çiynində polkovnik rütbəsi daşıyaraq müharibə zamanı hərbi xidmət qaydalarına qarşı cinayətləri araşdırır?".
 
Qeyd edək ki, dünən baş nazir Nikol Paşinyanla görüşən İstintaq Komitəsinin sədri Arqişti Kərəmyan müəmmalı medalları və rəsmi geyiminə olan hörmətsiz yanaşması ilə diqqət çəkib.
 
Azvisionaz. xatırladır ki, 30 yaşlı A. Kərəmyan 2020-ci ilin iyunundan oktyabrına qədər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru olub. İkinci Qarabağ müharibəsi başa çatandan sonra MTX rəhbərinin Şuşa döyüşləri başlayan kimi şəhərdən inkassator maşını ilə qaçdığı üzə çıxmışdı. Kərəmyan işini itirdikdən sonra 2020-ci il dekabrın 24-də Ermənistan İstintaq Komitəsi sədrinin müavini təyin edilmişdi. Bu ilin iyul ayında isə Paşinyan qalmaqallı məmuru komitəyə rəhbər təyin etdi.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.