Çexiyada keçirilən parlament seçkilərində “Birlikdə” koalisiyası baş nazir Andrey Babiş rəhbərlik etdiyi ANO (Narazı Vətəndaşlar Aksiyası) siyasi hərəkatından daha çox səs toplamağı bacarıb.
"Novaya Gazeta"nın yazdığına görə, səslərin 99,97 faizinin sayılmasından sonra “Birlikdə” koalisiyası 27.78%, ANO isə 27,13% səs toplayıb.
Üçüncü yerdə “Pirat” və “Başlar və müstəqillər” partiyalarının daxil olduğu koalisiya (15,6 faiz), dördüncü yerdə isə “Azadlıq və birbaşa demokratiya” Partiyası (9,56 faiz) qərarlaşıb. Digər partiyalar beş faizlik həddi keçə bilməyiblər.
Səsvermənin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında baş nazir Andrey Babiş ANO-nun məğlub olduğunu qəbul edib.