Gürcüstanın Baş naziri Saakaşvilinin aclıq aksiyasını “şou” adlandırdı

“Əgər bir insan aclıq etdiyini bildirirsə, o, yarım kiloqram bal yeməməlidir”.
 
“Report” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili keçmiş prezident Mixail Saakaşvilinin aclıq aksiyasına münasibət bildirərkən deyib.
 
O, eks-prezidentin aclıq aksiyasını sirk və şou adlandırıb: “Məhbus Saakaşvilinin əsas məqsədi yerli seçkilərin ikinci turu öncəsi ölkədə müəyyən mənada gərginlik yaratmaqdır. Onlar ictimaiyyətə nümayiş etdirmək istəyirlər ki, məhbus Saakaşvili ağır xəstədir”.
 
Baş nazir bildirib ki, peşəkar həkimlər M.Saakaşvilinin sağlamlıq durumunu nəzarətdə saxlayırlar, onun səhhəti qənaətbəxşdir.
 
Qeyd edək ki, ötən gün sabiq dövlət başçısının şəxsi həkimi Nikoloz Kipşidze pasiyentinin vəziyyətinin pisləşdiyini bildirib.
 
M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, həmin gündən aclıq aksiyası keçirir. Oktyabrın 8-də Gürcüstanın Xüsusi Pentensiar Xidməti M.Saakaşvilinin aclığı dayandırdığını, bal və təbii şirələr qəbul etdiyini bildirib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.