Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, üç saat davam edən toplantıdan sonra dövlət başçısı bir sıra maraqlı açıqlamalar verib.
O, Suriya ərazisindən Türkiyə torpaqlarının atəşə tutulması faktını şərh edərək, son hadisələrin səbir kasasını daşırdığını bəyan edib. Ərdoğan Suriyadakı terrorçulara münasibətdə daha dözümün qalmadığını və lazımi addımların atılacağını bildirib: “Təhdidləri sıradan çıxarmaqda qərarlıyıq. Ən qısa müddətdə lazımi addımları atacağıq. “Fərat qalxanı” hərəkatı bölgəsində polislərimizə qarşı son hücum və torpaqlarımızı hədəf alan təcavüzlər artıq səbir kasamızı daşırıb”.