İstanbulda əcnəbilərə yaşayış icazəsi verilməsinin dayandırılması xəbəri təkzib olundu
YENİLƏNİB

Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi İstanbul hakimiyyətinin “məcburi hallar” istisna olmaqla, şəhərin bütün rayonlarında əcnəbilərə ilkin yaşayış icazəsinin verilməsini guya qadağan etməsi ilə bağlı xəbərləri təkzib edib.

 

Senzor.az bildirir ki, DİN-in bazar günü yaydığı məlumatda belə deyilir.

 

Qeyd edilir ki, İstanbulda qapalı adlanan ərazilərin siyahısı ötən ilin oktyabrından dəyişməyib və ona 10 bələdiyyə daxildir.

 

“İstanbulda əcnəbilərə yaşayış icazəsi verilməsi üçün 39 rayonun bağlanması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. O icazələrin alınması üçün müraciətlərin bağlandığı 10 rayon var", - deyə məlumatda vurğulanır.

 

**23:29(15.07.2023)


Türkiyənin İstanbul şəhərində əcnəbilərə ilkin yaşayış icazəsinin verilməsi, məcburi hallar istisna olmaqla dayandırılıb.

 

Bu barədə “Dünya” qəzeti məlumat yayıb.

 

Məlumata görə, xüsusən də onların təhlükəsizliyinin təmin edilməsi, müalicəsi, təhsili, beynəlxalq ticarətlə bağlı fəaliyyətdə iştirakının təmin edilməsi zərurəti ilə bağlı hallar istisna olmaqla, xarici vətəndaşlara ilkin yaşayış icazəsinin verilməsi dayandırılıb.

 

2022-ci ilin oktyabr ayından etibarən Türkiyə Daxili İşlər Nazirliyinin qərarı ilə 17 milyonluq şəhərin 10 rayonunda əcnəbilərin yaşayış icazəsi alması müvəqqəti olaraq dayandırılıb.

 

Qeyd olunub ki, 2023-cü ilin martından isə bu qərar bütün 39 bələdiyyəyə şamil edilir. Belə ki, yerli hakimiyyət orqanlarının hərəkətləri qanunsuz miqrasiya ilə mübarizə planları ilə bağlıdır.

 

Qeyri-qanuni olaraq mənzil kirayəsi və ya otellərdə yerləşdirməyə görə əmlak sahibləri cərimələnə, lisenziyalarını itirə və hətta azadlıqdan məhrum edilə bilərlər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.