Qüdrət Həsənquliyev: Rusiya səfiri XİN-ə çağırılmalıdır
“AZƏRBAYCAN NÜMAYİŞ ETDİRMƏLİDİR Kİ...”

“Rusiya bölgədə sülhün olmasını istəmədiyini, iki qonşu xalq arasında qanlı qarşıdurmanın davam etməsində maraqlı olduğunu növbəti dəfə açıqladı”.

 

Senzor.az bildirir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Rusiya XİN-in son bəyanatını KİV-ə şərh edərkən deyib.

 

“Rusiyanın səfiri XİN-ə çağırılmalı, Azərbaycanın atacağı addımlar barədə ona geniş məlumat verilməli, Rusiyadan ölkələrimiz arasında imzalanmış sənədləri dəyərsiz kağız parçasına çevirən, Rusiyaya tərəfdaşları və qonşuları arasında etbarsız və qanla oynayan qorxulu ölkə imici qazandıran təxribatçı davranışlardan çəkinmək tələb olunmalıdır”, - deyə Q.Həsənquliyev vurğulayıb. 

 

Deputat, həmçinin hesab edir ki, Azərbaycan müttəfiqləri və tərəfdaşları ilə müzakirələr aparmalı, peşəkar, yüksək döyüş qabiliyyətli ordu quruculuğu istiqamətində təxirəsalınmaz addımlar atılmalı, orduya müasir silahlar alınması üçün Neft Fondundan böyük məbləğdə vəsait ayrılmalı, ən başlıcası, Qarabağın işğalına son qoyulması üçün ciddi hazırlıq işlərinə başlanılmalıdır: “Azərbaycan nümayiş etdirməlidir ki, təxribatçı açıqlamalarla onu qorxutmaq olmaz. Biz rəsmən bəyan etməliyik ki, 2025-ci ildə Rusiya sülhməramlılarının Azərbaycanda olma müddəti uzadılmayacaq və həmin tarix sülh danışıqları üçün son müddətdir. Bu tipli mövqe ortaya qoya bilməyəcəyiksə və möcüzə baş verməyəcəksə danışıqlar sonsuzluğa qədər davam edəcək”.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.