Bərzani sözünü tutdu, Bakıya gəldi: BU ÖLKƏYƏ QARŞI BAKI-ANKARA-ƏRBİL PAKTI QURULUR?
ŞƏRH

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani iyulun 18-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Səfər çərçivəsində onun Prezident İlham Əliyevlə təkbətək görüşü olub.

 

Söhbət zamanı İraq Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

 

Xatırladım ki, fevralın 18-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin İraq Kürdüstan Regional Hökumətinin başçısı Neçirvan Bərzani ilə görüşü olub. Prezident İlham Əliyev N.Bərzanini Münxendəki görüş zamanı Azərbaycana səfərə dəvət etmişdi.

 

İraq Kürdüstan Regional Hökuməti Azərbaycan üçün olduqca önəmli bir bölgədir. Təsadüfi deyil ki, Münxen görüşü daxil olmaqla, liderlər son zamanlar təmasları artırıb.  

İraq Kürdüstanı ilə Azərbaycan arasında həm siyasi, həm də iqtisadi sahədə geniş əlaqələr var. Xüsusilə Bakının geopolitik enerji siyasətində bu region çox vacibdir. 

 

Məsələ ondadır ki, İraqın Kürdüstan Regionu neft və qaz yataqları ilə zəngindir. Azərbaycan isə regionda meqalayihələr icra edən, həmçinin Avropa bazarında çəkisi günbəgün artan bir ölkədir. Rəsmi Bakı TANAP və TAP boru kəmərləri ilə başda İtaliya olmaqla bir çox Avropa Birliyi üzvü olan ölkələrə enerji nəql edir. 

 

Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin üzləşdiyi enerji böhranı rəsmi Bakıya olan diqqət və marağı artırıb. 

Azərbaycan Avropa bazarına neft, qaz nəql etsə də, bu, Rusiyanın nəql etdiyi neft və qazla müqayisədə çox azdır. Qərbin tələblərinin artdığı bir zamanda Azərbaycan regionun digər enerji ehtiyatları ilə zəngin ölkələri və muxtar respublikalar ilə təmaslar qurur. İraq Kürdüstanı ilə təmaslar da bu baxımdan önəmlidir.

 

Azərbaycan rəsmi Ərbilin enerji resurslarının mövcud TANAP və TAP layihəsi ilə Avropa bazarına çıxarılmasını təklif edir. Beləliklə həm İraq Kürdüstanı gəlir əldə edə, həm də rəsmi Bakı Qərbə nəql edilən enerjinin həcmini artıra bilər. Bundan başqa, ortaqların çoxalması mövcud boru kəmərlərinin ötürücülük qabiliyyətinin də artması üçün real imkanlar yaradır. 

 

Azərbaycan perspektivdə yeni layihələrin icrası fonunda İraq Kürdüstanı ilə əməkdaşlıqda maraqlıdır. Söhbət Ermənistanla sülh müqaviləsinin imzalanmasından sonra bu ölkənin ərazisindən Naxçıvana, oradan isə Türkiyəyə çəkiləcək yeni boru kəmərlərindən gedir. Bu layihə icra edilsə, İraq Kürdüstanı daha qısa və az xərclə enerji resurslarını Avropa bazarına çıxara bilər.  

Prezident İlham Əliyev ilə Neçirvan Bərzani sonuncu dəfə Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın inaqurasiya mərasimində görüşmüşdü. 


Bakı-Ərbil təmasları Ankaranın da diqqətindədir. Azərbaycan Prezidenti görüşlər zamanı Bərzaninin diqqətinə Türkiyə ilə dostluq, qardaşlıq və strateji tərəfdaşlıq faktorlarını çatdırır, Bakı-Ankara-Ərbil üçlü əməkdaşlığının faydalarını qeyd edir. Hesab edirəm, bu, təsadüfi deyil. 

 

Türkiyə terrorla mübarizədə onsuz da İraq Kürdüstanı ilə əməkdaşlıq edir. Rəsmi Bakı da bu əməkdaşlığı dəstəkləyir. Lakin qeyd etdiyim üçlü pakt daha çox İran təhdidinə qarşı formalaşır. Yəni iqtisadi faktorlarla yanaşı, siyasi motivi də özündə kəsb edir. 

 

Bu gün İranda Kürdüstana münasibət çox mənfidir. Tehranın Bakı ilə münasibətlərini də nəzərə alsaq, Ankara Tehranın ideoloji və siyasi təzyiqlərinə qarşı üçlü paktın yaradılmasında maraqlıdır. 

 

Azərbaycanı hələlik əməkdaşlığın iqtisadi tərəfləri maraqlandırsa da, İraq Kürdüstanı ilə siyasi motivli əməkdaşlıq perspektivləri də gözardı edilmir.

 

Turan Rzayev,

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.