Günəş fırtınası xəbərdarlığı: BÜTÜN RABİTƏ SİSTEMLƏRİ ÇÖKƏ BİLƏR

Alimlər bu gün nadir görülən və dağıdıcı nəticələrə səbəb olan "cannibal" günəş qasırğasının Yer kürəsini vuracağını açıqlayıblar.

 

Dalğaların kütləvi şəkildə atılmasının elektron sistemlərə, peyklərə və rabitə sistemlərinə təsir edəcəyi gözlənilir.

 

Günəş fırtınaları Günəşdən atılan və Günəşin maqnit sahələri qəfil dəyişdikdə və ya yenidən hizalandıqda böyük miqdarda enerji buraxan plazma kimi tanınan yüklü maddə buludlarıdır.

 

Alimlər bugünkü günəş fırtınasını "cannibal" adlandırırlar, çünki o, əvvəlki fırtınaları süpürüb.

 

Kosmik ətraf mühit üzrə mütəxəssis Dr. Şon Elvidc bildirib ki, bu tufanlar Yerin maqnit sahəsində əhəmiyyətli pozuntular yaradır və rabitə sistemlərinə təsir göstərir.

 

"Cannibal" Günəş kütləsinin atılması ikinci və daha sürətli püskürmənin ilk püskürməyə çatıb, onu udması ilə kütləvi plazma dalğası yaratdıqda baş verir.

 

Azvision.az xatırladır ki, oxşar hadisə iki il əvvəl baş vermiş və əhəmiyyətli bir geomaqnit qasırğasına səbəb olmuşdu. Günəş fırtınaları G şkalası ilə təsnif edilir və "cannibal" günəş fırtınasının cari təxminləri zəif elektrik şəbəkəsi dalğalanmaları və peyk əməliyyatlarına kiçik təsirlərlə xarakterizə olunan G-1 səviyyəli fırtınaya işarə edir.

 

Digər tərəfdən, G-2 (orta), G-3 (güclü) və G-4 (şiddətli) kimi daha güclü fırtınalar mühafizə cihazlarında yanlış həyəcan siqnallarına, elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər və aşağı Yer orbitində peyk nəzarətini poza bilər. Ən şiddətli G-5 geomaqnit qasırğaları isə olduqca nadirdir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.